Roma metrosunda qəza: 1500 nəfər təxliyyə edildi

Roma metrosunda qəza: 1500 nəfər təxliyyə edildi
Roma metrosunda texniki qəza baş verib.

Ann.az xəbər verir ki, təxminən 1500 nəfər metrodan təxliyyə edilib.

Hadisə Roma metrosunun B xəttindəki "Polikliniko" stansiyasında baş verib. Nəticədə bu və daha bir neçə stansiya enerjisiz qalaraq  bağlanıb. Elektrik xətlərindən birində baş verən qəza tüstülənməyə səbəb olub.

Hadisə yerində yanğınsöndürənlər, polis və tibb işçiləri işləyirlər. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

www.ann.az

Xəbər lenti