Riçard Almeyda “Qarabağ”dan ayrılır?

Riçard Almeyda “Qarabağ”dan ayrılır?
Türkiyənin "Bursaspor” klubu millimizin və "Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Riçard Almeydanın transferinə çox yaxındır.

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə Super Liqa klubunun şəxsi məsələlərdə anlaşdığı bildirilir.

"Bursaspor” "Qarabağ”la da transfer üçün ödəniləcək məbləğdə anlaşmaq üzrədir.

Qeyd edək ki, Riçard Almeydanın "Qarabağ”la müqaviləsi cari mövsümün sonunda başa çatır.

www.ann.az

Xəbər lenti