Reyhan Camalova yeni ixtirası üçün lazım olan vəsaitin məbləğini açıqladı (VİDEO)

Reyhan Camalova yeni ixtirası üçün lazım olan vəsaitin məbləğini açıqladı (VİDEO)
"Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirakımız uğurlu oldu. Hindistanlılar çox mehribandırlar”.

Bunu "Report”a GES-də iştirak edən ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova deyib.

Onun sözlərinə görə, özünün ixtira etdiyi "Rainergy” qurğusu tədbirdə iştirak edən investorların marağına səbəb olub və artıq bir sıra təkliflər də alıb: "Hindistan özü də yağışlı ölkə olduğu üçün Hindistan sahibkarları da bu layihəyə çox böyük maraq göstərdilər. Mən orda da dedim ki, bu layihənin həyata keçirilməsi üçün 20 min dollar lazımdır. İnvestorlar da bildirdilər ki, bu o qədər də böyük məbləğ deyil. Mənə Azərbaycandan da təkliflər gəlib. Sadəcə təklifləri dəyərləndirib danışıqlar aparmaq qalıb”.

R.Camalovanın mentoru Leyla Tağızadə isə bildirib ki, hazırda investorların cəlbi üçün iş gedir. O, Azərbaycan dilində olan layihənin rus və ingilis dillərinə tərcümə ediləcəyini də vurğulayıb. 

Xatırladaq ki, azərbaycanlı gənc Reyhan Camalovanın ixtira etdiyi "Rainergy” qurğusu ilə yağış suyundan elektrik enerjisi almaq mümkündür.

Xəbər lenti