Rəşad Sadıqov: Elə ləkə yaxırlar ki, yaşamaq istəmirəm (VİDEO)

Rəşad Sadıqov: Elə ləkə yaxırlar ki, yaşamaq istəmirəm (VİDEO)
Deyirdilər ki, ölkə bayrağına hörmətsizlik etmişəm.

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rəşad Sadıqov "CBC Sport” kanalında yayımlanan "Bizim futbol” verilişində  Şahin Diniyevin Azərbaycan millisində olduğu vaxtlarda ona qarşı çıxması ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, belə şayiə yayılmışdı ki, Azərbaycan millisinin Ukraynaya 0:6 uduzmasının səbəbkarı R. Sadıqov olub:  "Deyirlər ki, soyunub-geyinmə otağında demişəm ki, böyük hesabla uduzmalıyıq. Bunu sübut edən biri var? Adama ləkə yaxırlar. Belə ləkə ilə nəinki futbol oynamaq, yaşamaq belə istəmirəm”.

www.ann.az

Xəbər lenti