"Reina" terrorçusuna görülməmiş cəza: 2 min 370 il həbs

39 nəfərin həyatını itirdiyi "Reina" hadisəsini törədən terrorist Əbdülqadir Maşapirova cəza verilməsi barəsində İstanbul Baş Prokurorluğu məhkəmə qarşısında iddia qaldırıb.

Ann.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayətkara 40 dəfə üst-üstə ömürlük və 540 ildən 2 min 370 ilə qədər həbs cəzası verilməsi istənilib.

O, Türkiyə qanunvericiliyinə əsasən "Konstitusiya nizamının aradan qaldırılmasına təşəbbüs etmə", "Xüsusi şəkildə qəsdən adam öldürmə", "Silahlı terror təşkilatına üzv olma", "Xüsusi şəkildə qəsdən öldürməyə təşəbbüs", "Sayı və xüsusiyyəti baxımından dəhşətli nəticələr verə bilən silah və mərmilərin alınması, daşınması və saxlanılması" maddələri üzrə cəzalandırılacaq. Baş Prokurorluq cinayətkarın həyat yoldaşı Zarina Nurullayevaya da eyni cəzanın verilməsini tələb edib.

Qeyd edək ki, məlum terror hadisəsi dekabrın 31-dən yanvarın 1-nə keçən gecə törədilmişdi.

www.ann.az

Xəbər lenti