"Real"ın şok planı: Ronaldo və Beyl gedir...

"Real" mövsümün sonunda heyətində radikal dəyişikliklər edəcək.

ANN.Az Fanat.az-a istinadən xəbər verir ki, Madrid klubunun bu mövsüm istənilən səviyyədə çıxış etməməsi sərt qərarların qəbul edilməsinə səbəb olub.

"Real" La Liqada lider "Barselona"dan 8 xal geri qalır. Çempionlar Liqasının son 2 mövsümünün qalibi cari mövsümdə ilk 4 turdan sonra "Tottenhem"dən geri düşüb. Bu səbəbdən prezident Florentino Peres mövsümün sonunda radikal dəyişikliklərə getmək qərarına gəlib və transferlərə astronomik məbləğ xərcləməyə hazırlaşır.

Madrid klubunun hədəfindəki iki əsas ulduz PSJ-nin formasını geyinən Neymar və Kilian Mbappenin olduğu bildirilir. 

"Real" prezidenti 101 milyona alınan, amma gəldiyi gündən zədələr səbəbindən istənilən performansı sərgiləyə bilməyən Qaret Beyli satmaq niyyətindədi. Onun xidmətində İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klublarının maraqlı olduğu deyilir.

Kriştiano Ronaldonun da komandanı tərk edəcəyi bildirilir. İddialara görə, 2009-cu ildə rekord məbləğə alınan və hazırda dünyanın ən yaxşı iki futbolçusundan biri hesab olunan portuqaliyalı ulduz özü də "Kral Klubu"ndan getmək istəyir. O, bu istəyini rəhbərliyə də çatdırıb. Florentino Peres 32 yaşlı futbolçu ilə yola davam etmək istəsə də, Ronaldo özü bunda maraqlı deyil. Bu səbəbdən də mövsümün sonunda komandadan gedişi gözlənilir.
 


www.ann.az

Xəbər lenti