"Real"ı Avropanın ən güclüsü edən qələbə (VİDEO)

Ötən gecə Çempionlar Liqasında 2016/17 mövsümünün qalibi bəlli olub.

ANN.Az "Qaynarinfo"-ya istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, "Millennium” stadionunda baş tutub.

Çempionluq uğrunda İtaliyanın "Yuventus” klubu ilə turnirin son qalibi Madrid "Real”ı üz-üzə gəlib. Bu görüşü çempionların dueli də adlandırmaq olardı. Belə ki, həm "qoca sinyora”, həm də "qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.

Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda "Yuventus” (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.

Bu finaladək "Real” və "Yuventus” 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəlmiş, görüşlərdən 4-də "Yuventus”, 2-də "Real” qələbə qazanmış, digər 2 oyunda isə heç-heçə qeydə alınmışdı.

İlk hissəsi bərabərliklə yekunlaşan həlledici matçın ilk yarısında İspaniya nəhənginə layiqli müqavimət göstərən "Yuve" ikinci yarıda daha 3 qol "yeyərək" darmadağınla uduzub.
 

Çempionlar Liqası
Final


3 iyun

22.45 Yuventus (İtaliya) - Real (İspaniya) 1:4
Qollar: Mancukiç, 27 - Ronaldo, 20, Kasemiro, 61, Ronaldo, 64, Asensio, 90.

Qırmızı vərəqə: Quadrado, 83 (ikinci sarı).

Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Milorad Maziç (Almaniya).

Əlavə köməkçi hakimlər: Marko Frits, Bastian Dankert (Almaniya).

Kardiff. Millennium stadionu.
 
 

www.ann.az

Xəbər lenti