"Real" Ronaldoya ağlasığmaz qiymət qoydu

"Real" Kriştiano Ronaldonun satışından 400 milyon avro qazanmağı hədəfləyir. Fanat.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Son günlər vergidən yayınmada ittiham olunan Ronaldonun "Real"ı tərk etmək istədiyi bildirilir və o, bu istəyini klub prezidenti Florentina Peresə də deyib.

"Real" 2009-cu ildə heyətinə qatdığı futbolçunun müqaviləsinə xüsusi maddə salıb. Həmin maddəyə əsasən onu almaq istəyən klub 1 milyard avro ödəməlidi. Bu maddə digər klubların portuqaliyalı ulduzla maraqlmansının qarşısını almaq üçün müqaviləyə daxil edilib.

Bir müddət əvvəl isə bir klubun "Real"a Ronaldo üçün 200 milyon avroluq təklif göndərməyə hazırlaşması barədə xəbərlər yayılmışdı.


www.ann.az

Xəbər lenti