Ramil Quliyev Norveçdə birinci oldu

Ramil Quliyev Norveçdə birinci oldu
Ötən il Londonda keçirilən dünya çempionatının qalibi olan Ramil Quliyev daha bir uğura imza atıb.

Ann.az xəbər verir ki, Türkiyəni təmsil edən azərbaycanlı atlet Norveçin paytaxtı Osloda keçirilən Brilyant Liqasının qalibi olub. 

14 mərhələdən ibarət olan turinirin beşinci mərhələsində 200 metr məsafəyə qaçış yarışında hamıdan sürətli olan Quliyev 19,90 saniyəlik nəticə göstərib. Onu 19,98 saniyə ilə kanadalı Aaron Braun izləyib. İlk "üçlüy"ü Trinidad və Toboqo idmançısı Cereem Riçards qapayıb - 20,19 saniyə.

www.ann.az

Xəbər lenti