Quzey Kıbrısın 30 illiyi qeyd edilib

Quzey Kıbrısın 30 illiyi qeyd edilib

Noyabrın 28-də Bakıda Şimali Kipr Türk Cümhurriyətinin yaranmasının 30-cu ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil olunub. 

APA-nın məlumatına görə, tədbirin əvvəlində Azərbaycanın və ŞKTC-nin himnləri səsləndirilib.

 

Rəsmi qəbulda çıxış edən ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sadəddin Topukcu Şimali Kiprin yaranması tarixi barədə qonaqlara məlumat verib. Daha sonra S.Topukcu ŞKTC və Dağlıq Qarabağ uğrunda döyüşlərdə iştirak edən və canlarını qurban edən şəhidlərin qəhrəmanlığından danışıb. S.Topukçu nitqini “Yaşasın Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan və Türkiyə” ifadəsi ilə tamamladı.

 

Tədbirdə çıxış edən Azərbaycan parlamentinin üzvü Qənirə Paşayeva Şimali Kipr xalqının üzləşdiyi çətinliklərdən danışıb. O qeyd edib ki, türklər haqsızlıqlara məruz qalmasına baxmayaraq, mübarizə edib, öz sözlərini deməyə bacarıblar. Bu mənada o ŞKTC-nin keçmiş prezidenti Rauf Denktaşın əməyini xüsusi vurğulayıb. ŞKTC-nin yaranmasının 30-cu ildönümü ilə əlaqədar S.Topukcunun təbrik edən millət vəkili Q.Paşayeva çıxışın sonunda arzulayıb ki, bu cür bayramlar Azərbaycanın işğal olunmuş ərazilərdə də qeyd olunsun. 

ANN.Az

Xəbər lenti