"Planet Parni iz Baku" maliyyəsiz qalıb - Tahir İmanovla müsahibə

"Planet Parni iz Baku" maliyyəsiz qalıb - Tahir İmanovla müsahibə
 KVN Teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov Axar.az-ın suallarını cavablandırıb.- 2013 cü il Tahir İmanov üçün çətin il olub. 12 il ərzində ilk dəfə KVN kollektivi işsiz qalıb. Bu boyda bir şirkətin işsiz qalmasına səbəb nədir?

- Maliyyə ilə bağlıdır. Nəzərinizə çatdırım ki, bizim bütün layihələr birbaşa sponsordan asılıdır. Əgər kənardan maliyyə dəstəyi olmasa, heç bir layihəmiz həyata keçib, gerçəkləşə bilməz. İstəyimiz də var, talantımız da var, ancaq maliyyəmiz olmadığından pis vəziyyətdə qalmışıq. Əslində həyata keçirəcəyimiz bir layihəmiz var idi. Tam hazır olduğumuz bir zamanda təzyiqlə üzləşdik. Bu hadisələr faiciəli sonluqlarla bitəcək -  Təzyiqlər daha çox məmurlardan olur, yoxsa sənətçilərimizdən? - Bilirsiniz hər zaman təzyiq olub və olacaq. Sizə deyim ki, məmurlarımız daha çox konsertlərimizə gəlir və parodiyalarımızı qəbul edirlər. Ancaq çox təəssüf hissi ilə demək istəyirəm ki, müğənnilərimizin yumoru və tənqidi qəbul edəcək intillektləri çox aşağıdır. Bu da onların savadsızlıqlarından, dünya görüşlərinin az olmasından irəli gəlir. Konsertimizdən sonra təzyiqlər hələlik  zənglər vasitəsilə olur. Ay asacağıq, kəsəcəyik. Baxmayaraq ki, hədə -qorxu gəlirlər, biz bütün təzyiqlərə hazırıq. Şükür edirik ki, fiziki təzyiq göstərən yoxdur. Sadəcə, gülməyim gəlir. Mən bədbin insan deyiləm, düşünürəm ki, hər şey yaxşı sonluqla olar. Sonunu birlikdə gözləyək. Biz üzərimizdə dövlətin dəstəyini hiss edib tənqidlərimizi hədəfə vururuq. Hamımız sözdə yox, əməldə Azərbaycan üçün yaşamalıyıq. Müğənnilərimiz nəinki təzyiq göstərir, hətta məhkəməyə də verirlər. İmanovlaru belə etdirəcəyəm , elə döydürəcəyəm. Ayıbdır, ey həmvətənlərimiz. Bu söhbətləri eşidəndə elə bilirəm vətən xainiyəm. Hədə qorxu gələnsinizsə, gedin, əsl vətən xainlərinə barmaq sallayın. Müğənnilərimizin əksəriyyətinin nəinki  yumor hissi, hətta intillekt səviyyəsi, savadı çox-çox aşağı səviyyədədir.  Burda günah onların yox, təhsilin boynuna düşür. Ata-ana öyrətmədi, bəs məktəbdəki müəllim hara baxırlar? Bizim vaxtımızda dövlətlərin paytaxlarını bilməmək qəbahət sayılırdı. İndiki müğənnilər heç öz bayraqlarının rənglərinin mənasını bilmirlər, amma bu torpağın çörəyini yeyib, suyunu içib, yekə-yekə danışıb, gəzirlər. Bu hadisələr faciəli sonluqla bitəcək. İstənilən cəmiyyətin uğuru savadlı insanlardan asılıdır. Savadlı insan bu həyatda heç vaxt çörəksiz qalmaz. Az olar, amma daim çörəyi olar. Körpü tikintisinə ayrılacaq maliyyə səhnəciyi… - Ölkəmizdə “demokratiya” sözü dillərdən düşmür. Kimə nə zaman nə sərf edirsə, demokratiyadan yapışır. Siz necə, tənqidlərinizdə sosial məsəslələrə toxuna bilirsinizmi? - Əslində hədəfimiz budur. Bizim konsertlərə gələn hər kəs bunu etiraf edə bilər ki, bizim konsertimizin mövzuları demokratiya ilə üst-üstə düşür. Biz buna görə təzyiqləri gözə alıb, istənilən insanı parodiya edirik. - Sonuncu konsertinizdəki hansı parodiyanızın ətrafında söz-söhbətlər gəzir? - Məmurların körpü tikintisinə ayrılacaq maliyyənin miqdarından çox pul istəməkləri səhnəciyi daha çox danışılır. Hələ ki, qalmaqal olmayıb, ancaq haqqında çox danışılır. Bizə reklam çarxlarımızı asmağa icazə verilmir - Efirdə söylədiniz ki, sonuncu konsertimizdən sonra parodiya etdiyimiz məmurlardan sizə təzyiq oldu. Necə oldu, hansı səpkidə təzyiq  gəldi? - Biz öz banerlərimizi, afişalarımızı, reklam çarxlarında pulla asırıq, pulsuz yox. Hər bir konsert kommersiya xarakteri daşıyır, deməli, gəlir var və burada da sənin reklamın olmalıdır. Ancaq bizə öz reklam çarxlarımızı asmağa icazə verilmir. Səbəb Hacıbala müəllimi parodiya etməyimizdir - Kim icazə vermir? 

- Bakı Şəhər İcra Hakimiyyəti reklam departamentindən həmişə yox cavabı alırıq. Nəyə görə soruşsanız, heç biz də o “yox”un cavabını bilmirik, amma bir balaca da olsa, bizim uğurlarımıza, Azərbaycan üçün təmənnasız etdiklərimizə hörmət etsəydilər, icazə verərdilər. Bizə kobud şəlkildə yox deyirlər. Əslində, biz bunun səbəbini bilirik, səbəb bizim Hacıbala müəllimi parodiya etməyimizdir. Onlar deməsələr də, hərəkətləri ilə “siz parodiya etməyin, biz reklamınızı asaq” deyirlər. Biz buna, sadəcə, təzyiq deyirik. Eləməyin, edək! Parodiya eləmisiniz, icazə vermirik! 1996-cı ildə Milli Məclisin spikerini parodiya etdim… 

- Hacıbala Abutalıbovun özü sizə şəxsən təzyiq göstərib? 

- Qətiyyən. O insan bizim aləmimizdə ən populyar məmurdur. Onun şəxsən özü və əməlləri diqqət mərkəzindədir. Şəhərdəki abadlıq işləri… Təbii ki, müsbət işləri ilə birgə mənfi əməlləri də gözümüzdən qaçmır. 2001-ci ildə konsertdən sonra şəxsən özü məni otağına dəvət edib, əlimi sıxdı və bəyəndiyini söylədi. O zamanlar bu mənim üçün böyük uğur demək idi. Məmurdan bu tərifı eşitmək təbii ki, bütün aktyorların və aktirisaların uğuru deməkdir, amma sizə deyim, heç də bütün məmurlar belə deyil. Sizə bir hadisəni xatırladım. 1996-cı ildə Milli Məclisin spikerini parodiya etdim. Reaksiyası Hacıbala müəllimdən fərqli olaraq tamam başqa cür oldu. Çox hörmətli Xarici İşlər naziri Elmar Məmmədyarovun onu parodiya etməyimizə tamam başqa tərzdə yanaşması oldu. Şəxsən özü bir başa özümə təşəkkür etdi. Cahangir Əsgərovu parodiya etdik, onun da xoşuna gəldi. Müsbət hadisələrlə rastalaşanda artist, aktirisa özünü xoşbəxt hiss edir, çünki  bu, sənətə, mədəniyyətə verilən qiymətdir. Aktyor və aktrisa üçün ancaq məmurun alqışı, dəstəyi lazımdır, təzyiqi yox. İstəyərdim ki, müğənnilərimizin də yumor hissi yüksəlsin. SSRİ vaxtından ta bu günə kimi zaçot, imtahan pulnan olub 

- Bu gün sadə insanların etiraz etdiyi bir hadisəyə, müğənnilər etraz etmir. Sizcə bunun səbəbi nədir? 

- Bilirsiniz, birincisi insan niyə etiraz etməlidir? Məmurun da, sənin də, mənim də iki əlimiz, iki gözümüz var. Demək, problem özümüzdədir. Hər bir insan üzərinə düşən işi məsuliyyətlə həayata keçirsə, nəticələr belə olmaz. Gərək bütün hadisələrin sonunda özmüzü görməyi bacaraq. Mən birdən-birə Tahir İmanov olmamışam, taksi sürmüşəm, qardaşım fəhləçilik edib. Nə olsun, çox kaçıb yaşamışıq. Günah özümüzdə idi, ali təhsildən yayınıb lazımsız işlərlə məşğul olurduq, sonra da bəhanələr gətirirdik. Bu dünyada ən asan iş bəhanə axtarmaqdır, ancaq ən çətini problemlərin həllini tapmaqdır. SSRİ vaxtından ta bu günə kimi zaçot, imtahan pulnan olub. Oxuyan qiymətini alıb, oxumayan pul verib. Bu gün o məsələni şişirdib dam boyda etməyin bir mənası yoxdur. Gəlin, məqsədimizə doğru irəliləyək, çətin olandan başlayaq. - Bu gün böyük bir gənc kollektivə rəhbərlik edirsiniz. Bu günün gəncləri ilə işləmək çətin deyil ki? 

- Vay, yaralı yerim, çox çətindir, çətindən də çətindir, desək, daha yaxşı olar. Çünki gənclərimiz çox elementar hadisələri bilmirlər. Məşqə gecikir, içəri daxil olur, üzr istəmir ki, bu boyda insanları gözlədib. Küçədə gedir, ucadan danışır, yerə tüpürür… İnanın bir xarici qonağım Bakıya gələndə, onu küçədə gəzdirib, şəhəri tanıtmaq istəyəndə elə hadisələrlə rastlaşıram ki, qonağımın yanında utanıram.  

Ana dilində danışa bilməyənlər, milli sərvətimizə zərbə vururlar 

- Əlifbamızda C və Ç hərflərini düzgün ifadə edə bilməyənləri parodiya edib, tənqid atəşinə tutmuşdunuz. Yenə də o hərfləri öyrətməyin mübarizəsini aparırsınız? 

- Bilirsiniz, əgər dövlət televiziyasında efirə çıxan diktor elə danışırsa, adi insanlara söz demək lazım deyil. Baxıb öyrəndikləri savadsızdır, baxan kütlə də o insanın arxasınca gedir. İndi bədbəxtçilik odur ki, tanınmış insanlar kütlənin axarına düşüb gedir. Mən bir rəhbər kimi deyə bilərəm ki, işçimin uğuru da, uğursuzluğu da mənim adımadır. Bu gün ana dilində danışa bilməyənlər, milli sərvətimizə zərbə vururlar. İctimai televiziyada bir aparıcı var, radioda da çıxış edir. Onu eşidəndə az qalıram radionu sındırım. Əsəblərimin pozulmasını istəmədiyim üçün Azərbaycan efirinə baxmıram. Konsertə parodiyalar lazım olanda, iki-üç ay konsert öncəsi izləyirəm, bitdi-getdi. 

- Azərbaycanı tərk edib, başqa ölkədə yaşamaq istəyərsiniz? 

- Qətiyyən. Mən Azərbaycandan kənarda beş gündən artıq məcburiyyət qarşısında qalıram. Millyonlar da versələr, mən başqa ölkədə yaşamaram. Millyonlara dəyəcək ölkəmin hər qarışı mənim üçün əzizdir. Bu vətəni çox sevirəm. Ancaq təzyiq qarşısında bu ölkədən gedə bilərəm.

ANN.Az

Xəbər lenti