Qəzaya uğrayan təyyarədə bir azərbaycanlı olub (SİYAHI)

Qəzaya uğrayan təyyarədə bir azərbaycanlı olub (SİYAHI)
Moskvada baş verən təyyarə qəzasında bir azərbaycanlı həlak olub.

Ann.az xəbər verir ki, "An-148" təyyarəsində olan sərnişinlərin siyahısı dərc edilib. Siyahıda Namiq Qəhrəmanov ad-soyadlı azərbaycanlı da var. 
 
Qeyd edək ki, yerli vaxtla saat 14.21-də Moskvanın Domodedovo hava limanından qalxan və içində 71 nəfərin olduğu Saratov hava yollarına məxsus "An-148" təyyarəsi 2 dəqiqə sonra radarlardan itib. Orska uçan təyyarə Moskvanın Ramensk rayonunun ərazisində qəzaya uğrayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvünün həlak olduğunu açıqlayıb.
 


www.ann.az

Xəbər lenti