Qələbə günü “Mən gəldim qızlar” göstəriləcək... - Fotolar

CəmiyyətVİDEO 07-05-2015 13:45 Oxunma sayı: 1524
Qələbə günü  “Mən gəldim qızlar” göstəriləcək... - Fotolar

May ayının 9-da saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 9 may Qələbə günü münasibətilə tədbir keçiriləcək.

 
ANN.Az xəbər verir ki, tədbir "1941- 1945 –ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli, 1060 nömrəli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən gerçəkləşəcək.
 
 
Əvvəlcə səhnədə  XX əsrdə  bəşəriyyətin ən dəhşətli dövrü olan 1941- 1945–ci illər müharibəsi haqqında çıxışlar olacaq.  Daha sonra  İsveç dramaturqu Lars Nurenin "Müharibə” əsəri əsasında hazırlanmış "Mən gəldim qızlar” ("Müharibə”) tamaşası nümayiş etdiriləcək.
 
İki hissəli tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarınıın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur. Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Roza İbadova  canlandıracaqlar.
 





www.ann.az

Loading...