"Qəbələ"nin məşqçilərinə "Qalatasaray"da vəzifə verildi

"Qəbələ" Futbol Akademiyasının sabiq direktoru Ali Yavaşın yeni iş yeri müəyyənləşib. 

Ann.az xəbər verir ki, mütəxəssis "Qalatasaray"a dönüb.

Fatih Terimin baş məşqçi postuna dönüşündən sonra komandanın əfsanələrindən olan Ali Yavaşı geri qaytarıb. 57 yaşlı mütəxəssis "Qalatasaray"ın akademiyasına rəhbərlik edəcək.

Onunla birlikdə "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı, akademiyada məşqçi Recep Yazıcı, həmçinin Ahmet Keskinkılı və Nedim Yiğitin də "Qalatasaray"a dönəcəyi deyilir. Bu məşqçilər vaxtı ilə "Qalatasaray"ın Futbol Akademiyasında çalışıb və bir sıra tanınmış futbolçuların yetişdirilməsində xidmətləri olub.

www.ann.az

Xəbər lenti