"Qəbələ"nin bombardiri "Sumqayıt"da

"Sumqayıt” qış fasiləsində növbəti transferini həyata keçirib. 

ANN.Az xəbər verir ki, Sumqayıt təmsilçisi "Qəbələ”dən Ülvi İsgəndərovu icarəyə götürüb.

Onunla 1,5 illik müqavilə imzalanıb. Ü.İsgəndərov 70 nömrəli forma ilə çıxış edəcək. 20 yaşlı hücumçu cari mövsümdə "qırmızı-qaralar”ın əvəzedici komandasında çıxış edib.

Qeyd edək ki, "Sumqayıt” qış fasiləsində Elnur Allahverdiyev və Nicat Qurbanovla müqavilə bağlayıb.


www.ann.az

Xəbər lenti