"Qəbələ" Polşa klubuna qalib gələ bilmədi (VİDEO)

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulur. Ann.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ” də yarışda mübarizəyə qoşulub.

"Qırmızı-qaralar” mövsümdə ilk rəsmi matçına evdə çıxıb. Roman Qriqorçukun yetirmələri "Yagelloniya”nı qəbul edib. 

Hər iki komanda ötən mövsümün gümüş mükafatçısı olduğundan matçı vitse-çempionların dueli də hesab etmək olardı. "Bakcell Arena"da baş tutan oyunda hesabı 15-ci dəqiqədə meydan sahiblərindən Taras Romançu açıb. "Qəbələ" buna 47-ci dəqiqədə yeni transfer Steven Jozef-Monrozun qolu ilə cavab verib. O, İlqar Qurbanovun ötürməsini qola çevirib. Matç 1:1 hesabı yekunlaşır.

Bununla da Azərbaycan klublarının cari mövsümdə avrokuboklarda uğurlu seriyası qırılıb.
 
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun

13 iyul
21.00 Qəbələ (Azərbaycan) - Yagelloniya (Polşa) 1:1
Qollar: Steven Jozef-Monroz, 47 - Taras Romançuk, 15.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Elvin Məmmədov (45. Famussa Kone, 46), 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov (21. Deyvi Bultyuz, 86), 19. Filip Ozobiç, 20. Xavi Hernandez (11. Asif Məmmədov, 68), 28. Steven Jozef-Monroz, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 8. Qismət Əliyev, 16. Dion Malone.
Baş məşqçi: Roman Qriqorçuk.
Yagelloniya: 25. Marian Klemen, 4. Yacek Qoralski (23. Damian Şimanski, 53), 6. Taras Romançuk, 8. Lukaş Burlika, 9. Arvidas Novikovas (44. Lukaş Sekulski, 85), 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya, 13. Pırjemislav Mistovski (26. Martin Pospisil, 58), 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan.
Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç.
Baş məşqçi: İrenyus Mamrot.
Sarı vərəqələr: Endryu Hellidey, 17. Elvin Məmmədov, 27. Cavid Hüseynov, 56. Voyslav Stankoviç, 88 - Yacek Qoralski, 18. Lukaş Burlika, 44.
Hakimlər: Marko Frits, Holqer Henşel, Marsel Pelqrim, Quido Vinkmann (Almaniya).
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus).
Hakim-inspektor: Erol Ersoy (Türkiyə).
"Bakcell Arena".

Xəbər lenti