Qatar qəzaya uğradı: 24 ölü, 28 yaralı

Qatar qəzaya uğradı: 24 ölü, 28 yaralı
Misirdə qatarın relsdən çıxması ilə avtobmobillərə toqquşması nəticəsində 24 nəfər ölüb, 28 nəfər xəsarət alıb.Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir ki, hadisə paytaxt Qahirənin cənubundakı Dəhşur kəndi yaxınlığında baş verib. Polis ölən və yaralananların əksəriyyətinin Qahirədəki bir toydan Feyyum şəhərinə qayıdan qohum-əqrəba olduğunu bildirib.Ölənlərin sayının artacağı istisna edilmir.Trend

Xəbər lenti