"Qarabağ" "Roma"ya minimal hesabla uduzdu (VİDEO)

"Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Ann.az xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Roma” ilə qarşılaşıb.

Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşüb. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biliblər.
 
Bakı Olimpiya Stadionunda baş tutan tarixi qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
70 minə yaxın azarkeşin izlədiyi qarşılaşma "Roma"nın qolu ilə başlayıb. Artıq 7-ci dəqiqədə İbrahim Şehiçin çıxışda səhvini italiyalılar bağışlamayıblar. Yunanıstanlı müdafiəçi Kostas Manolas fərqlənib.
 
Qoldan 8 dəqiqə sonra fərq iki topa çatıb. Bosniyalı Edin Dzeko Rəşad Sadıqovun gözündən "oğurlanaraq" Şehiçlə təkbətəkə çıxıb və həmyerlisini məyus edib.
 
Bundan sonra bir qədər fəallaşan çempionumuz xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başlayıb. Çox keçmədən nəhəng arenada qol sədaları eşidilib. Dino Ndlovunun ötürməsini Pedro Enrike qapıdan keçirib. İlk hissə bu hesabla başa çatıb.
 
İkinci hissədə başqa qol olmayıb və yekunda "Qarabağ" minimalhesablı məğlubiyyətə üzülüb.

Çempionlar Liqası 
Qrup mərhələsi
C qrupu

27 sentyabr
Qarabağ (Azərbaycan) - Roma (İtaliya) 1:2
Qollar: Pedro Enrike, 28 - Kostas Manolas, 7. Edin Dzeko, 15.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
Roma: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 44. Kostas Manolas, 92. Stefan El Şaravi.
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30. Gerson.
Baş məşqçi: Eysebio Di Françesko.
Hakimlər: Artur Dias, Rui Tavares, Paulo Soares, Tiaqo Martins, Joao Pineyro, Bruno Rodriqes (Portuqaliya).
Hakim-inspektor: Haim Yakov (İsrail).
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya).
Bakı Olimpiya stadionu.

1. Roma21102-14
2. Çelsi11006-03
3. Atletiko10100-01
4. Qarabağ20021-80

www.ann.az

Xəbər lenti