“Qarabağ” Ramil Şeydayevlə yolları ayırır

“Qarabağ” Ramil Şeydayevlə yolları ayırır
Bu mövsümün sonu "Qarabağ”dan göndəriləcək bir futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib.

Ann.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu millimizin hücumçusu Ramil Şeydayevlə yolları ayırmaq niyyətindədir. Buna səbəb gənc futbolçunun baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayaraq əsas heyətə düşə bilməməsidir.

Qeyd edək ki, Şeydayev "Qarabağ”a ötən ilin yayında transfer olunsa da, indiyədək bu komandada ümidləri doğrultmayıb. Onun Ağdam klubundan ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğu "Trabzonspor”a qayıdacağı gözlənilir.

www.ann.az

Xəbər lenti