"Qalatasaray"dan 11 milyonluq transfer - RƏSMİ

"Qalatasaray" növbəti transferini rəsmiləşdirib. 

ANN.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" braziliyalı Mariano ilə müqavilə bağlayıb.

"Qalatasaray" futbolçuya görə klubu "Sevilya"ya 4 milyon avro ödəyib. İstanbul klubu 2018/19 və 2019/20 mövsümlərində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı halda hər mövsüm üçün "Sevilya"ya 250 min avro bonus ödəyəcək. Bundan başqa Marianonun ilk "11-lik"də forma geyinəcəyi 40-cı rəsmi matçdan sonra ispanlar daha 250 min avro əldə edəcək.

Braziliyalı futbolçu 3 illik müqavilə imzalayıb. O, hər mövsüm 2,3 milyon avro maaş alacaq. Bundan başqa futbolçuya Super Liqa və avrokubok oyunlarında qazanılacaq hər xala görə 5 min avro mükafat veriləcək. Bundan başqa o, komandanın çempion olduğu hər mövsüm üçün qazandığı matçbaşı mükafatlarının 25 faizini alacaq.

Beləliklə, matçbaşı və bonuslar nəzərə alınmasa, Mariano "Qalatasaray"a 10 milyon 900 min avroya başa gəlib.
 


www.ann.az

Xəbər lenti