Prokurorluq baş redaktorun ölümü ilə bağlı rəsmi məlumat yaydı

Prokurorluq baş redaktorun ölümü ilə bağlı rəsmi məlumat yaydı
Bakı şəhər Prokurorluğu jurnalist və hüquqşünas Əyyub Kərimovun ölümü ilə bağlı rəsmi məlumat yayıb.

Prokurorluqdan Ann.az-a verilən məlumata görə, martın 2-də saat 14 radələrində 1958-ci il təvəllüdlü, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132-də qeydiyyatda olan Kərimov Əyyub Zakir oğlunun yaşadığı mənzilin hamam otağında ailə üzvləri tərəfindən kəskin qaz iyi hiss olunmaqla  meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin, Bakı Regional Qaz İstismar Departamentinin Nərimanov texniki istismar xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Müayinə zamanı meyitin bədən səthində hər hansı xəsarət aşkar edilməyib. Meyitin aşkar olunduğu şərait onun dəm qazından boğulmasına əsaslı şübhələr yaratdığından meyit daxili müayinə olunaraq  ölümün səbəblərinin müəyyən edilməsi üçün  Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyininin  Nərimanov rayon şöbəsinə göndərilib. Daxili müayinə zamanı müəyyən edilib ki, Ə.Kərimovun ölümünə səbəb "dəm qazı ilə zəhərlənmə” olub.

Ə.Kərimovun ailə üzvləri tərəfindən onun ölməsi ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

www.ann.az

Xəbər lenti