Prezidentdən məmurlara və ailələrinə sərt xəbərdarlıq

Prezidentdən məmurlara və ailələrinə sərt xəbərdarlıq
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının davranış qaydalarına əməl etməsi məsələsinə də toxunub.

ANN.Az xəbər verir ki, dövlət başçısı məmurları və onların ailə üzvlərinin davranış normalarına ciddi əməl etməli olduğunu deyib.

Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb.

Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib. 
 


www.ann.az

Xəbər lenti