Prezidentdən iki yaşlı Zəhranın ölümü ilə bağlı ÇAĞIRIŞ

Prezidentdən iki yaşlı Zəhranın ölümü ilə bağlı ÇAĞIRIŞ
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Quliyeva Zəhra Elnur qızının faciəsi ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.

Müvafiq paylaşım dövlət başçısının rəsmi Facebook səhifəsində yerləşdirilib.

"Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”, - deyə prezidenti yazıb.

Müraciət Azərbaycan, rus və ingilis dillərində dərc olunub.

Xatırladaq ki, iyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib”.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.
 




www.ann.az

Xəbər lenti