Prezident Əhəd Abıyevlə bağlı sərəncam imzaladı

Prezident Əhəd Abıyevlə bağlı sərəncam imzaladı
Ölkə prezidenti İlham Əliyev Əhəd Abıyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ANN.Az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əhəd Mikayıl oğlu Abıyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

www.ann.az

Xəbər lenti