Prezident Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - FOTOLAR + YENİLƏNİB

Prezident Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - FOTOLAR + YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
 
ANN.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən işlər barədə dövlət başçısına məlumat verib.
 
Bildirilib ki, antisanitariya mənbəyinə çevrilən ərazi bütövlükdə sökülərək müasir layihə əsasında yüksək səviyyədə tam abadlaşdırılıb.
 
Xatırladaq ki, bundan əvvəl parkın yerləşdiyi ərazidə "Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşası aparılırdı. Lakin tikintini həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv edib. Məsələyə prezident İlham Əliyev kəskin reaksiya verib. Dövlət başçısının göstərişi ilə "Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlanıb. Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edərək tikintini həyata keçirən şirkəti 130 min manat məbləğində cərimələdi və fakt üzə cinayət işi açılıb.
 
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ərafdakı evlərin sakinləri ilə görüşüb.
 
Sonda xatirə şəkli çəkdirilib.
 
10:30 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugün paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

ANN.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ərafdakı evlərin sakinləri ilə görüşüb.





 

www.ann.az

Xəbər lenti