Əfv Məsələləri Komissiyasına 800 müraciət daxil olub

İqtisadiyyat 17-02-2017 16:59 Oxunma sayı: 115
Əfv Məsələləri Komissiyasına 800 müraciət daxil olub
Dünənki iclasda 150 müraciətə baxılıb.

REPORT.AZ/ "Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirildi. İclasda məlumat verildi ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib.

Onun sözlərinə görə, dünənki iclasda 150 müraciətə baxılıb.

"Baxılan müraciətlərin yarısına müsbət rəy verilib. Bu gün də Komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayacaq", - deyə, R.Məcid bildirib.


www.ann.az

Loading...