Prezident müğənni Cəmilənin həyat yoldaşını təltif etdi (FOTO)

Prezident müğənni Cəmilənin həyat yoldaşını təltif etdi (FOTO)
Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev tərəfindən təltif edilənlər arasında tanınmış sənətçilərin ailə üzvləri də var.

ANN.Az-ın ölkə.az-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə "Əməkdar Həkim" fəxri adının döş nişanını və vəsiqəsini təqdim etdiyi Kamil İsgəndərov tanınmış müğənni Cəmilə İsgəndərovanın ("Elit star" Cəmilə) həyat yoldaşıdır. Bu barədə saytımıza danışan sənətçi sevincini paylaşıb:

"Çox sevincliyəm. Çünki həyat yoldaşım uzun illərdir ki, çəkdiyi zəhmətinin bəhrəsini gördü. Bu onun üçün böyük hədiyyədir. Ailəmiz adından Cənab Prezidentə təşəkkürümü bildirirəm. Bu, həm də mənim uğurumdur. Çünki Kamil yarışlara gedəndə günlərlə evdə tək qalmışam, əziyyətlərimiz olub. Ancaq bu hədiyyə bütün əziyyətləri unutdurdu".

Qeyd edək ki, C.İsgəndərovayla K.isgəndərovun iki övladı, dörd nəvəsi var.
 


www.ann.az

Xəbər lenti