Lütfi Zadənin vida mərasimi başa çatıb (FOTOLAR/YENİLƏNİB)

Lütfi Zadənin vida mərasimi başa çatıb (FOTOLAR/YENİLƏNİB)
 Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayıb.

ANN.Az-ın məlumatına görə, mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
 
 
13:03 
 
 "Bu gün Azərbaycan üçün əlamətdar gündür". "Report" xəbər verir ki bunu Lütfi Zadə ilə vida mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Azərbaycan Lütfi Zadə ilə qürur duyur: "O, öz adını Azərbaycan elm tarixinə yazdırdı. Hazırda Azərbaycanda yeni Lütfi Zadələr yetişməkdədir. Azərbaycan xalqı təhsilin dəyərini çox yaxşı dərk edir".

Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vida mərasimində iştirak edib. Onu hökumət rəsmiləri müşayiət edib.

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayıb

Onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edirlər.

Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə fevral ayının 4-ü 1921-ci ildə Bakıda dünyaya gəlib, sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Onun cənazəsi ötən gecə Bakıya gətirilib.
 







 
 



www.ann.az

Xəbər lenti