Prezident İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Prezident İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
 İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.

ANN.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəlib.

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Polşanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olunub.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezident İlham Əliyev Polşa əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Azərbaycan Prezidenti İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb.




 


www.ann.az

Xəbər lenti