Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri, xanım Angela Merkelə başsağlığı məktubu göndərib.
 
ANN.Az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli xanım Federal Kansler!
 
Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
 
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
 
H. Kol dünən 87 yaşında vəfat edib.
 


www.ann.az

Xəbər lenti