Prezident bu jurnalistlərlə bağlı sərəncam imzaladı

Prezident bu jurnalistlərlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev sərəncam imzalayıb.

ANN.Az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Quliyev Səlahəddin Məlik oğluna və Paşayev Hüseyn Məmməd oğluna "Əməkdar jurnalist” fəxri adı verib.

Prezident dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Budaqov Tahir Yaqub oğlunu və Qəhrəmanova Sədaqət Məmmədyar qızını "Əməkdar dövlət qulluqçusu”, Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Hacıyev Allahverdi Şəmistan oğlunu və Hacıyev Hacan Qulu oğlunu "Əməkdar müəllim” fəxri adı ilə təltif edib.

Dövlət başçısı başqa bir sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hüseynov Tofiq Həsən oğluna və İmamverdiyev Sudeyif Bəşir oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü ayırıb.
 


www.ann.az

Xəbər lenti