Prezident 2018-ci il üçün yaşayış minimumu haqqında qanunu imzaladı

Prezident 2018-ci il üçün yaşayış minimumu haqqında qanunu imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb.

ANN.Az xəbər verir ki, sənədə əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.
 
Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

www.ann.az

Xəbər lenti