Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB

Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB
Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 62 nəfərə çatıb.

ANN.Az-ın məlumatına görə, bu barədə "Publico" nəşri ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb. Məlumata görə, hələlik yanğınların qarşısını almaq mümkün olmayıb. Qeyd edək ki, bir sıra ölkələr Portuqaliyaya yardım üçün müraciət ediblər.  
 
11:37
 
Portuqaliyanın Pedroqao Qrand bölgəsində meşədə çıxan yanğın nəticəsində 39 nəfər dünyasını dəyişib.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Lissabondan 200 km məsafədə yerləşən yanğını söndürmək üçün 400 nəfər yanğınsöndürən səfərbər olunub. 39 nəfərin öldüyü, 20 nəfərin yaralandığı, 2 nəfərin itkin düşdüyü hadisənin səbəbi hələlik bilinmir.

www.ann.az

Xəbər lenti