Poroşenko İlham Əliyevi Ukraynaya dəvət edib

Poroşenko İlham Əliyevi Ukraynaya dəvət edib
Ukrayna prezidenti Petro Poroşenko İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazanılan qələbə münasibətilə təbrik edib.

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə P.Poroşenkonun "Twitter” rəsmi səhifəsində bildirilib:

"Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da güclənəcək. Səbirsizliklə prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!”

www.ann.az

Xəbər lenti