Polşa və İsrail arasında "Yəhudi soyqırımı" gərginliyi

Polşa və İsrail arasında
Polşa höküməti İsrailin təhsil naziri Naftali Bennettin ölkəni ziyarətinə etiraz edib.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, qərara səbəb Bennettin Polşada qəbul olunan "Yəhudi soyqırımında polşalıların faşistlərlə ortaq olması barədə ittihamı qadağan edən qanun"a münasibət bildirməsi olub. O, açıqlamasında "Tarix Polşa xalqının Yəhudi soyqırımında iştirakını göstərir. Mesaj aydındır: tarixi yenidən yazmaq mümkün deyil, amma gələcəyi birlikdə yaza bilərik" demişdi. 

Polşa hökümətinin sözçüsü Yoanna Kopçinska "Bennettin açıqlamarı ziyarəti qeyri-mümkün edir" deyərək bu səfərə etiraz edib.
 


www.ann.az

Xəbər lenti