Polietilen torbalar tarixə qovuşa bilər

Polietilen torbalar tarixə qovuşa bilər
Birləşmiş Millətlər Təşkilatı polietilen torbaların istifadəsinin qadağan olunması təklifi ilə çıxış edəcək. 

Oxu.az "Straits Times” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı məlumat BMT-nin Ətraf-Mühit komitəsinin hesbatında verilir. 

Ümumdünya ətraf mühit günündə yayımlanan araşdırmalar zamanı müəyyən edilib ki, ərzaqların daşınması və zibillərin saxlanılması üçün torpaqda çürüməsinə min il tələb olunan 5 trilyon polietilen paket istifadə edilir. 

Bununla yanaşı, komitə üzvləri bildirib ki, 9 milyard ton plastik materialların cəmi 9 faizi yenidən istehsala verilir. 

Bu zaman ətraf mühitin qlobal çirklənməsinin əsas mənbələri müəyyənləşdirilmiş olur. 

Plastik tullantı siyahısında birinci yeri Çin, ikinci və 3-cü yeri isə Avropa Birliyi və ABŞ tutur. 

www.ann.az

Xəbər lenti