“Park Cinema”da lesbiyan bombası partladı - RƏYLƏR

“Park Cinema”da lesbiyan bombası partladı - RƏYLƏR

Kamal Əli "Park Cinema” kinoteatlarında "bomba partlayıb". Fransada istehsal olunan, bir çox ölkələrdə, o cümlədən də qonşu Ermənistanda qadağan edilən ekran əsəri Azərbaycan kinematoqrafiya məmurlarının etirazına tuş gəlməyərək, yaxud asan şəkildə "süzgəc"indən keçərək ekranlara yol tapıb. Leysbiyan sevgisindən bəhs edən "Adelin həyatı" ("La Vie d' Adile") filminin rejissoru A.Keşişindir. "Park Cinema"da açıq-aşkar pornoqrafik  filminin nümayişi gedir.  Fransalı həmkarlarının – filmin müəllifi Abdellətif Keşişin və Adele rolunu ifa edən aktrisanın sənətkarlığından vəcdə gələn kinorejissor Ülvi Mehdi ekran əsərinə heyran olduğunu deyir. Ülvi Mehdi təəssüratına belə dilə gətirib: "Nümayişin əhəmiyyəti ondadır ki, Azərbaycan şərti olsa da, coğrafi cəhətdən İslam dünyasına aiddir. Amma bu cür dünyəvi filmin nümayişindən sonra bugünkü Bakını tamamilə şərti olaraq müsəlmanların yaşadığı şəhər adlandırmaq olmaz. Bu, məhdud, mühafizəkar Bakı tamaşaçısı üçün artıq dozadır.Bakının kinoteatrlarında böyük ekranda vahid sevgi rəqsində birləşən gənc, gözəl bədənlərin nümayiş olunmasını mən heç yuxumda da görə bilməzdim.Baş qəhrəman Adel Ekzalopulos çox təbiidir və yəqin ki, tamaşaçılar bir zaman dünya kinosunda yeni bir fenomenə çevrilən "Parisdə sonuncu tanqo" postinqilabi filminə baxıblar. Qəhrəmanların sənətkarlığını nəzərdən keçirib müqayisə edərkən bu qənaətə gəlirsən ki, bu tandemin dramatizmi İnqmar Berqmanın akademik "Personalar"ından (1966) geri qalmır. Çiynindəki kameranın temporitmi assosiativ olaraq Fransa kinosunun yeni dalğası və onun banilərindən biri olan Lui Malın filmlərini xatırladır.Burada filmə baxmağa təsadüfən gəlmiş adi tamaşaçı kimi qalmaq çox çətindir. Mən hardasa təsadüfən ticarət mərkəzinin kinozalına düşmüş, nümayişdən sonra özlərinə gələ bilmədiklərindən bahalı cüzdanlarını az qala səhv salan puritan baxışlı tamaşaçılara xüsusi qibtə də elədim.Kimsə filmə baxmaq üçün kinoteatra getməyə özündə cəsarət tapa biləcəksə, tam üç saat ciyərdolusu nəfəs almasına dəyər, çünki bu vaxt sanki işıq sürətilə keçəcək.Ekran əsərinə baxdıqdan sonra məndə pozitiv ovqat yarandı. Fkrimcə, bu filmi Bakıda göstərmək lazımdır – amma gecə senaslarında. Bu, hamı üçün bir növ özünəxas kompromis olacaq. Mən xüsusən də bu gün – kütləvi telekommunikasiya əsrində incəsənət sahəsində hər hansı qadağaya qarşıyam. Qadağa tələb edənlər daha çox bu feodal orta əsrləri səviyyəsində qalan məhdud dünyagörüşlü adamlardır".Müasir tariximizin koloritli fiquru, Azərbaycanın müstəqilliyinə özünün ziddiyyətli və hələ də əsasən qaranlıq töhfəsini verən Hacı Əbdül tamamilə əks fikirdədir. Müstəqilliyimizin ilk illərdə o, Milli Məclisin deputatı (1990-1995 il), parlaq ictimai və din xadim kimi tanınıb. 1985-ci ildə "Tövbə" İctimai-Dini Qurumunu təsis edib, bugünədək ona rəhbərlik edir. Bu təşkilatda günahkarları - tövbəni pozan narkomanları və İslam qanunlarını pozan digər şəxsləri onun öz icazəsiylə kifayət qədər açıq şəkildə qamçı ilə cəzalandırırlar.Hacı Əbdül belə bir filmin nümayişini ictimai mənəviyyatın pis tərəfə ciddi şəkildə dəyişilməsiylə bağlayır.Onun fikirləri belədir: "Günah ilk növbədə televiziyalardadır, özü də bu mənada bir kanalı qeyd etmək mümkün deyil. Şəriət deyir: ayıb olanı göstərmə! Mən təkcə cismani şeyləri nəzərdə tutmuram. Bizim kanallar olmayan şeyləri danışır, şayiələri müzakirə edir. Azərbaycan müstəqillik qazanandan sonra çılpaq qızlar ekrana çıxdı. Son beş ildə rüsvayçılıq xüsusilə artıb. Mən hələ qadın kimi geyinib boyanan kişilər barədə danışmıram. Azərbaycanda belə şey yox idi. Bütün islam dünyası barədə danışmıram, amma bizdə kişilər qadın cildinə girmirdilər. Bu gün biz bu ayıbla Rusiyanı arxada qoymuşuq”. Hacı Əbdül əlavə edir: "Bizim cəmiyyətimizin əxlaqsızlaşmasına Avropa böyük təsir edir. Onlar əxlaqsızlıqdan yorulublar, normal həyata qayıdırlar, bizsə sakitləşə, azadlığımızdan doya bilmirik. Bir gün bizdə də, Avropada olduğu kimi, eynicinsli nigahların qanuniləşdiriləcəyini istisna etmirəm". 69 yaşlı rejissor və aktyor Əbdül Mahmudov lesbiyan filmin nümayişini fransızların Azərbaycana qarşı açıq düşmənçilik aktı kimi dəyərləndirib. O hesab edir ki, film mənəvi pozğunluğu təbliğ edir və onu geniş auditoriyaya nümayiş etdirmək olmaz.Ə.Mahmudov bildirib: "Fransa qəsdən bizim cəmiyyəti daxilindən zəiflədir. Azərbaycan rejissoru Xamis Muradov Fransa qəhrəmanı, Fəxri Legion Ordeni kavaleri, Fransanın azadlığı uğrunda mübarizə aparan məhrum Şəki sakini Əhmədiyyə Cəbrayılov ("Xarqo") haqqında sənədli film çəkən zaman bu ölkədəki bütün ermənilər və onların dostları ayağa qalxdı. Hərçənd, Əhmədiyyə ona nümayişdə Fransa prezidentindən öndə getməyə icazə verən belə bir medala layiq idi.Şəxsən General de Qoll özü azərbaycanlı qəhrəmanı təltif etmişdi. Amma fransızlar qıcıqlanırdılar ki, onların ölkəsinin qəhrəmanı müsəlman və azərbaycanlıdır. İndi həmin fransızlar əxlaqsız filmlər göstərməklə bizim gənclərdən heyif çıxırlar"ANN.Az 

Xəbər lenti