"PalSüd" ilk gündən təbii süddən istifadə edir - Şirkət iddiaları yalanladı

"PalSüd" MMC-nin məhsullarını quru süddən hazırlaması ilə bağlı iddialar təkzib olunub. 

Bu barədə Ann.az-a "Palmali"nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

Şirkət rəsmisi Ann.az-a daxil olan məlumatlar əsasında hazırlanan yazıda səslənən fikirləri dezinformasiya adlandırıb. Qarşı tərəfin mövqeyini olduğu kimi təqdim edirik:

"Palsüd" haqqında yazılan son informasiya kökündən yanlışdır  və biz bunu son vaxtlar şirkətimiz haqqında yazılan sifarişli dezinformasiya yazılarının tərkib hissəsi sayırıq. 

Bu tip hücumlar ölkədə azad sahibkarlığın inkişafına vurulan zərbədir və bir mərkəzdən idarə olunan qüvvələr şirkətimizin Azərbaycanda açdığı iş yerlərinin bağlanmasına təşfiq göstərir. Palsüd Azərbaycanın süd istehlak bazarında özünəməxsus yeri olan brenddir, ilk gündən təbii süddən istifadə etməklə bazarda özünü təsdiq etmiş,alıcıların rəğbətini qazanmışdır. Yazıda qonşu Gürcüstanda süd istehsalı zamanı quru südün istifadəsinin qadağası haqqında qeyd olsa da sifarişli yazının müəllifləri bir şeyi unudurlar. Palsüd Azərbaycandan Gürcüstan və Rusiya bazarına çıxan ilk süd brendidir. Məhz məhsulumuzun təbii süddən keyfiyyətlə hazırlanması digər ölkələrdə sərt qadağaların və nəzarətin məhsulumuza yaşıl işıq yandırmasına səbəb olub. Bir daha vurğulayırıq ki, Palsüd haqqında yazılan yazı yalnış və sifarişlidir".


www.ann.az

Xəbər lenti