Obamanın Putinlə görüşmək üçün yol pulu yoxdur

Obamanın Putinlə görüşmək üçün yol pulu yoxdur
ABŞ prezidenti İndoneziyadakı sammitdəki iştirakını təxirə salıb. ANN.Az-ın Rusiya mətbuatına istinadə verdiyi xəbərə görə, Obama Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq sammitindəki iştirakını təxirə salıb, onun burada Rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılırdı. Belə bir qərarın veriməsinə səbəb, büdcə böhranıdır. "The Washington Post" qəzeti Ağ Evin rəsmi məlumatını yayıb. Prezidentin mətbuat katibi Cey Karni bildirib ki, Obama ölkədəki böhrana görə, xarici görüşləri yenidən nəzərdən keçirib. Obama şənbə günü İndoneziya, Bruney, Malayziya və Filippinə səfərə çıxmalıydı. Bu həftənin əvvəlində artıq Obama sonuncu iki ölkəyə səfər etməkdən imtina etmişdi. indi isə məlum olub ki, Obama ölkədəki böhranlı vəziyyətə görə, bu ölkələrdən heç birinə səfər edə bilməyəcək. Beləliklə, Obamanın Putinlə çox gözlənilən görüşü təxirə düşməli olub. Görüşdə iki ölkə arasındakı əməkdaşlıq məsələləri, o cümlədən Suriyadakı böhranın həll edilməsi barədə müzakirələrin aparılması gözlənilirdi.

Xəbər lenti