Nyu-Yorkda Donald Trampın hotelinin fasadında Putinin portreti əks etdirilib - FOTO

Nyu-Yorkda Donald Trampın hotelinin fasadında Putinin portreti əks etdirilib - FOTO
 Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın hoteli "Trump SoHo" kompleksinin fasadında Rusiyanın üçrəngli bayrağı fonunda Rusiya Prezidenti Vladimir Putinin portreti əks etdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti razılıq əlaməti olan baş barmağını qaldırmış şəkildə əks olunub.

Bayrağın yuxarı hissəsində ingiliscə "Kömək etməyə şadam, qardaş" yazılıb. Aksiyanın təşkilatçısının kim olduğu barədə məlumat verilmir.

"Business Insider" qeyd edib ki, aksiyanın təşkili zamanı 46 mərtəbəli göydələnin qarşısında hərbi formalı şəxslər olub. Onlar qırmızı beysbolka geyib və oradakı şəxslərdən birinin əlində Rusiya bayrağı olub.
 



www.ann.az

Xəbər lenti