Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb

Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb
Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb. 

"Report"un məlumatına görə, bu mükafata Nüvə Silahlarının ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) layiq görülüb.

Qeyd edək ki, mükafatların təqdimat mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholmda keçiriləcək. 2017-ci ildə laureatlara 9 milyon İsveç kronu (1,12 milyon dollar) veriləcək. 2001-ci ildən Nobel fondu ilk dəfə laureatlara verəcəyi mükafatı 12,5 faiz artırıb. Əvvəllər qaliblərə 8 milyon kron, yaxud 931 min dollar pul mükafatı verilirdi. 

www.ann.az

Xəbər lenti