Nobel İqtisadiyyat Mükafatı sahibini tapdı

Nobel İqtisadiyyat Mükafatı sahibini tapdı
Nobel İqtisadiyyat Mükafatı sahibini tapıb.

ANN.Az "Guardian"a istinadən xəbər verir ki, ABŞ-lı professor Riçar Taler bu mükafatın sahibi olub. 72 yaşlı professor Çikaqo Universitetində çalışır. 

Nobel Komitəsi mükafatın verilmə səbəbi kimi professorun iqtisadiyyat və davranış elminə verdiyi tövhələri göstərib.

Qeyd edək ki, Talerə 1,1 milyon dollar pul mükafatı və Nobel nişanı növbəti aylarda təqdim ediləcək.
 



www.ann.az

Xəbər lenti