Nigar Camal oğlanları belə əzişdirdi: Əlbəyaxa dava (VİDEO)

Nigar Camal oğlanları belə əzişdirdi: Əlbəyaxa dava (VİDEO)
Cinemazadə studiyasının istehsalı olan "Kəklikotu" filminin traileri yayımlanıb. 

Studiyadan Ann.az-a verilən məlumata görə, 21 dekabrdan kinoteatrlarda yayımlanacaq filmdə 20-dən çox məhşur aktyor, muğənni və rejissor rol alıb. 

Film fantastik real hadisələr əsasında çəkilib. Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyonlarla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur. Hər iki ssenarist bundan əvvəl çəkilmiş "Tək Səbir" və "Tam Sərbəst" televiziya verlişlərinin, bir çox serialların, reklam çarxlarının və komediya filmlərinin ssenari müəllifləri olublar. 

Filmin rejissorları Cəfər Axundzadə və Vuqar İsmayılzadə, prodüser Tural Əsədov, baş redaktoru isə Xətai Əlidir. 

Filmdə Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Əlixan Rəcəbov, Nigar Camal, Aqil M. Quliyev, Kənan MM, Ceyhun Zeynalov, Samir Qulamov, Vusal Hacıqədir və digər tanınmışlar rol alıb. 
 


www.ann.az

Xəbər lenti