«Neftçi»də yeni təyinat

«Neftçi»də yeni təyinat
"Neftçi"nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

ANN.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 1-dən etibarən "Neftçi"nin mətbuat xidmətinə Anar Şabanoğlu rəhbərlik edəcək. O, bu vəzifədə Rüstəm Əfsərlini əvəz edəcək.

Qeyd edək ki, 18 ildir jurnalist kimi fəaliyyət göstərən Anar Şabanoğlu "Futbol+”, "İdman”, "525-ci qəzet”də, həmçinin "CBC Sport” telekanalında çalışıb.


www.ann.az

Xəbər lenti