"Neftçi" legioneri ilə yollarını ayırdı

"Neftçi” qış fasiləsində transferə çıxardığı Mateo Mujeklə yollarını ayırıb. 

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, Avstriya doğumlu xorvat müdafiəçinin müqaviləsinə bu gün xitam verilib.

Əvvəlcə onun geyindiyi 3 nömrəli formanı əlindən alan rəhbərlik futbolçuya özünə yeni komanda tapmağı tapşırmışdı.

Nəhayət, cinah müdafiəçisi ilə danışıqlar müsbət nəticələnib. Beləliklə, qış fasiləsindən bəri ölkəsində klub axtarışında olan 23 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

Qeyd edək ki, Mateo Mujek "Neftçi”yə yay fasiləsində Sloveniyanın "Rudar” klubundan keçmişdi. O, iyulun 28-də Bakı klubu ilə iki illik müqavilə bağlamışdı.

www.ann.az

Xəbər lenti