Neft 3 faizdən çox ucuzlaşıb

Neft 3 faizdən çox ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti  1 barelə görə 1,95 dollar və ya 3,19% azalaraq 59,20 dollar təşkil olub.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 2,02 dollar və ya 3,12% ucuzlaşaraq 62,79 dollar təşkil edib.

www.ann.az

Xəbər lenti