Nazirlik rəsmisi: “Bələdiyyələr heç kiçik iş yeri də açmayıblar” - MÜSAHİBƏ

Nazirlik rəsmisi: “Bələdiyyələr heç kiçik iş yeri də açmayıblar” - MÜSAHİBƏ

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Hafiz Əliyev deyir, buna baxmayaraq, Azərbaycanda bələdiyyə artıq formalaşa bilib, qalır, cəmiyyətin dəstəyi...
 
"Azərbaycanda bələdiyyələr, əsasən, istehsal sahələrinin yaradılmasında ləngiyir”. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Hafiz Əliyev belə düşünür. O, ann.az saytına  müsahibəsində Azərbaycanda bələdiyyələrin işindən, çətinliklərindən danışıb.

-Azərbaycanda  bələdiyyələr necə strukturlaşıb? Yerli tələblər nəyi diktə edir?

- Bələdiyyənin strukturlaşması geniş mövzusudur, bundan saatlarla danışmaq olar. Bələdiyyə öz aparatını yaradır və aparat bələdiyyənin qərarlarını icra edir və icraya nəzarəti həyata keçirir. Bələdiyyələr qanuna müvafiq daimi komissiyalar yaradır. Komissiyalar bələdiyyə iclasına çıxarılan məsələlərin layihəsini hazırlayır. Bələdiyyənin aparatında isə şöbələr yaradılır var. Daimi komissiyalar bələdiyyə üzvlərindən, bələdiyyə qulluqçularından, ekspertlərdən təsis olunur, aparatın şöbələrində isə işləyənlər bələdiyyə qulluqçularıdır.

- Bələdiyyələr öz aparatını yaratmağa məcburdularmı, yoxsa, hər bələdiyyə yerli tələbatına uyğun işini qurmalıdır?

- Bu, bələdiyyənin büdcəsindən asılıdır. Məsələn, kənd bələdiyyəsi, əgər şöbə yaradıb işçisinin maaşını verə bilməyəcəksə, bunu niyə yaratmalıdır ki? İkincisi də, şöbənin məşğul olacağı sahə kəndlərdə inkişaf etdirilmiş sahədimi? Məsələn, reklamlardan rüsum toplayır, ya dayanacaqlardan vergi olur, ya da sanatoriya-kurort yerlərindən  rüsum toplanması ilə məşğuldur. Əgər bu sahə inkişaf etməyibsə, bələdiyyə niyə bu sahəyə uyğun şöbə yaratmalıdır? Nə lazımdır, onu yaradırlar. Tövsiyyə olunur ki, sən, məsələn, filan şöbə yarada bilərsən,  amma bu, mütləq deyil ki, bütün bələdiyyələr eyni şöbə yaratmalıdır.

-  Dünya təcrübəsi ilə müqayisə etdikdə, deyə bilərsizmi Azərbaycan bələdiyyəsi nədə axsayır?

- Azərbaycanda bələdiyyələr istehsal sahələrinin yaradılmasında axsayırlar. Bu, yeni iş yerlərinin açılmasına kömək olardı. Məsələn, Türkiyə ilə müqayisə edirəm. Bəzi bələdiyyələrin turizmlə bağlı özlərinin istirahət yerləri olur. Ya məişət tullantılarının təkrar emalı ilə bağlı məşğul olurlar. Bizim  bələdiyyələrin bu sahədə fəallıqları yoxdur.

- Buna səbəb nədir? Bələdiyyələrin maliyyə çatışmazlığı, yoxsa təcrübəsizliyi?

- Maliyyə çatışmazlığını səbəb kikmi göstərmək olar. Ancaq maliyyə olan dövrdə də fəallıq göstərməyiblər axı. Bunu bəhanə kimi göstərmək olar, amma hər hansı biri büdcənin imkan verdiyi qədər yeni iş yeri yaratmasına, istehsal sahəsi açmağa çalışıbmı? Söhbət böyük iş yerindən getmir, heç olmasa, kiçik iş yerini açmaqdan gedir, bunu da etməyiblər axı.

- 1600 bələdiyyənin heç birimi istehsal sahəsinə maraq göstərməyib?

- Barmaqla sayılacaq qədər var, ilkin addımlar var, amma bunların inkişaf etdirilməsi lazımdır.

- Bu bələdiyyələr, əsasən, şəhər, yoxsa kənd yerlərində yerləşirlər?

- Əsasən, rayon yerlərindədir, kiçik iş yerlərinin açılmasına çalışan bələdiyyələr var, amma biz hələ bu iş sahələrinin iş qabiliyyəti necədir, onu təhlil etməmişik.

- Bələdiyyələr vergini yığa bilməməkdən şikayət edirlər.

- Bunun üçün əhali arasında maarifləndirmə işi aparılmalıdı, göstərilməlidi ki, yerli əhalidən yığılan pul onların özünə xərclənir.

- Ortada bələdiyyələrin işinin gücləndirilməsi ilə bağlı bir tövsiyyə varmı?

- 2016-cı ildə qəbul edilən yol xəritələrində bələdiyyələrin də işinin gücləndirilməsi nəzərdə tutulub. ddir. Uzun müddəti hədəfləyən sənəddir. Bizim də tərəfimizdən müxtəlif təkliflər olur. Məsələn, hesab edirik ki, məişət tullantılarının  yığılması, daşınması və yenidən emalı bələdiyyəyə tapşırıla bilər, müəyyən sahələrdə onların gücündən istifadə etmək olar, səlahiyyətləri artırıla bilər. Bələdiyyə artıq Azərbaycanda formalaşmış təşkilatdır, bircə qalır  cəmiyyətimiz bələdiyyənin daha fəal iştirakında maraqlı olsun.

S.Mehdiyeva
 

www.ann.az

Xəbər lenti