Nazirlik Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirdi

Nazirlik Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirdi
"Şair Mirzə Ələkbər Sabirin sökülən ev muzeyi orijinal deyildi".

ANN.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.

O qeyd edib ki, illər əvvəl şairin ev muzeyi yararsız vəziyyətdə olduğu üçün sökülüb və yerində hazırkı bina tikilib: "İndi xüsusi layihə əsasında Sabirin evinin orijinalı yenidən inşa edilir".

Qeyd edək ki, Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək.

www.ann.az

Xəbər lenti