Nazirlik Azərbaycana gələn turistlərə müraciət etdi

Nazirlik Azərbaycana gələn turistlərə müraciət etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Parklara onlayn bilet satışı ilə bağlı turistlərə müraciət edib.

ETSN-nin mətbuat xidmətindən ANN.Az-a verilən məlumatda bildirilir ki, ölkədə 9 Milli Park - Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı və Samur-Yalama Milli Parkı fəaliyyət göstərir.

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2012-ci ilin avqust ayından elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışına başlayıb.


www.ann.az

Xəbər lenti