Nazirlər mətbuat konfransında mübahisə etdi

Nazirlər mətbuat konfransında mübahisə etdi
İngiltərənin xarici işlər naziri Boris Conson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada təşkil olunan mətbuat konfransında mübahisə ediblər.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, iki ölkə arasında münasibətin zəiflədiyini qəbul edən Lavrov "Bizim qərb ölkələrindəki siyasi proseslərə müdaxilə etdiyimiz idda olunur. Amma heç kim buna sübut göstərmək istəmir. Az əvvəl Boris (mən ona Boris yox, ruscada olduğu kimi Baris demək istəyirəm) İngiltərənin Avropa İttifaqından çıxmasında rolumuzun olmadığını qəbul etdi" deyib.
 
Lavrovun sözünü kəsən Conson "Cənab Lavrov müdaxilə məsələsində dediklərimi təhrif edir. Mən İngiltərədəki referenduma müdaxilə etmədiyinizi demədim, müdaxilənizin uğurlu alınmadığını dedim. Xahiş edirəm, fikirlərimi təhrif etməyin. Mən Rusiyanın xarici işlər naziri ilə görüşə gələndə paltomun cibini yoxlamadan çıxardıb verib gəldim. Paltomun etibarlı əllərdə olduğunu fikirləşərək" cavabını verib.
 
Lavrov isə "Paltonuzun cibində heç nə yoxdur. Mənə inanaraq paltonuzu təhvil verməyiniz məsələsini şişirdirsiniz" deyib və onun fikrinə Conson yenidən qıcıqlandırıcı münasibət bildirib: "Deməli, paltomun cibini yoxlamısınız".

Mübahisəyə Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova da qoşulub. O, İngiltərə ilə görüş barədə verilən suala cavab olaraq "Nə deyə bilərəm ki? İngiltərədən gələnlərin hamısı MI5, MI6 gizli təşkilatların üzvləridir. Onları, suladıq, doyurduq və ölkələrinə göndərdik" deyib və gərginliyin bir qədər də artmasına səbəb olub. 
 


www.ann.az

Xəbər lenti